Mətn:
Odlar.media xəbər verir ki, Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu “Xoriv” (Khoryv) adlı ticarət gəmisi batıb.
Hadisə Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə baş verib. Gəmidə 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər olub.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər itkin düşüb, 9 nəfər isə xilas edilib.
Məlumata əsasən, gəmi yerli vaxtla saat 10:00 radələrində həyəcan siqnalı verib və Rumıniyanın aidiyyəti qurumları xilasetmə tədbirlərinə başlayıb.
Gəminin batma səbəbi hələlik məlum deyil. İlkin, təsdiqlənməmiş məlumatlarda onun dron hücumuna məruz qaldığı və yanğın baş verdiyi bildirilir.
Odlar.media