Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini bildirib.
Hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Paşinyan Azərbaycanla danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə sülh sazişinin tezliklə imzalanmasının hökumətin siyasi öhdəliyi olduğunu deyib. O, kommunikasiyaların açılmasının həm iqtisadi, həm də sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Paşinyan 2031-ci ildə sülh sazişinin imzalanacağı barədə yayılan məlumatı təkzib edərək prosesin təxirə salınmasının planlaşdırılmadığını bildirib.
Baş nazir, həmçinin TRIPP layihəsinin həyata keçirilməsinə başlanıldığını qeyd edib.
Odlar.media