XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 24 Oktyabr 2026 ✦ 12:36:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Kim Çen In Çinə səfər edib – ölüm xəbərləri yalan çıxıb?

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, KXDR lideri Kim Çen In Çinin sərhəd şəhəri Danduna gəlib.
“Yonhap” agentliyinin hökumət mənbəsinə istinadən yaydığı məlumata görə, səfər iki ölkəni birləşdirən Yalu çayı üzərindəki yeni körpü vasitəsilə həyata keçirilib. Səfərin digər təfərrüatları açıqlanmayıb.
Bu, Kim Çen İnın 2025-ci ilin sentyabrında Pekində keçirilən hərbi paradda iştirakından sonra Çinə ilk səfəridir. Həmin tədbirdə o, Çin Sədri Si Cinpinlə də görüşüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Kim Çen İnın beyin qanaması keçirərək komaya düşdüyü və öldüyü barədə iddialar yayılmışdı. Onun Danduna gəlişi ilə bağlı məlumatlar bu iddiaların doğruluğunu şübhə altına alır. Bununla belə, ölüm xəbərlərinin rəsmi şəkildə təkzib edildiyi barədə məlumat yoxdur.

Odlar.media

 

Etiketlər: