Odlar.media xəbər verir ki, təmir və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakı şəhərinin Yasamal rayonunda, həmçinin Şəmkir və Göygöl rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Xaqan Dadaşov, Xıdır Mustafayev, İsfəndiyar Zülalov, Məhəmməd Naxçıvani, Müzəffər Həsənov və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Şəmkir rayonunun Çinarlı kəndində saat 10:00-dan 12:00-dək, Göygöl rayonunun Əlimədədli və Nadil kəndlərində isə saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə olacaq.
Bildirilib ki, işlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Odlar.media