Odlar.media xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda müəyyən kateqoriyadan olan pensiyaçılara aylıq sabit məbləğdə əlavə ödənilməsi nəzərdə tutulur.
Deputat Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklər Milli Məclisdə qəbul edilib və Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Pensiya əlavəsinin dövlət vəzifələrində çalışmış sabiq yüksəkvəzifəli şəxslərə, müəyyən şərtlərlə keçmiş deputatlara, dövlət qulluqçularına, diplomatik xidmət əməkdaşlarına, hərbi qulluqçulara və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara şamil edilməsi planlaşdırılır. Həmçinin əmək pensiyası yaşına çatmış və ya həmin yaşadək orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi pensiyaçılar da əhatə olunacaq.
Deputat bildirib ki, əlavənin məbləği və təyin olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ödənişlərin dövlət büdcəsi hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Odlar.media