Odlar.media xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan üçün uzun illər davam edən müharibədən sonra sülh sazişi ilə bağlı razılığa gəlməyin asan olmadığını bildirib.
O, bu barədə “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada danışıb.
Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev sülh istiqamətində xoş məram nümayiş etdirib, sazişin ilkin prinsipləri Azərbaycan tərəfindən hazırlanıb və sənəd Vaşinqton sammitində paraflanıb. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da sülh naminə mühüm addımlar atıb.
Prezidentin köməkçisi vurğulayıb ki, sülh sazişi yalnız kağız üzərində qalmamalı, ölkələrin həyatına real töhfə verməlidir.
Odlar.media