Mətn:
Odlar.media xəbər verir ki, oktyabrın 29-da Xankəndi Konqres Mərkəzində MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur.
İclasın əsas məqsədi rəqabət orqanları arasında təcrübə mübadiləsini genişləndirmək və rəqabətin qorunması sahəsində birgə fəaliyyəti inkişaf etdirməkdir.
Tədbirdə MDB-yə üzv dövlətlərin müvafiq sahə üzrə nazirlərinin və qurum rəhbərlərinin iştirakı nəzərdə tutulub.
Odlar.media