Mətn:
Odlar.media xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova “Görüş yeri” verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlama verib.
Sənətçi ailə həyatı qura bilməməsinin səbəbini “Səni axtarıram” teletamaşasında canlandırdığı Gülnar obrazı ilə əlaqələndirib.
O bildirib ki, insanların onu deyil, məhz Gülnar obrazını sevdiyini düşünüb, bu səbəbdən insanlardan və qohumlarından uzaqlaşıb, insanlara inamı azalıb.
Xalq artistinin sözlərinə görə, həmin dövrdə teatrda ona çoxsaylı məktublar göndərilir, güllərlə gözləyənlər olurdu. Bununla belə, sənətçi ailə həyatı qurmamasından peşman olmadığını, bunu taleyi və qisməti kimi qəbul etdiyini deyib.
Odlar.media