XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 15:06:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü qeyd olunur – Ərdoğan Atatürkün məzarını ziyarət edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Anıtqəbiri ziyarət ediblər.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, siyasi partiyaların rəhbərləri və digər dövlət rəsmiləri iştirak ediblər.
Ərdoğan Atatürkün məzarı önünə əklil qoyub, daha sonra Anıtqəbirin xüsusi dəftərinə ürək sözlərini yazıb. O, Türkiyənin qarşısına qoyduğu “Türkiyə əsri” hədəfinə çatana qədər qətiyyətlə çalışmağı davam etdirəcəklərini bildirib.
Prezident qeyd edib ki, Türkiyə dövlətini və xalqını firavan gələcəyə çatdırmaq üçün mübarizə davam etdirilir.
Ərdoğan daha sonra Prezident Külliyəsində Cümhuriyyət Bayramı münasibətilə təbrikləri qəbul edib.

Odlar.media

Etiketlər: