XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 17:18:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiya-Ukrayna-ABŞ danışıqlarının vaxtı cəbhədəki vəziyyətdən asılı olacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Rusiya, ABŞ və Ukrayna arasında müharibənin başa çatdırılmasına dair üçtərəfli danışıqların başlanma vaxtı cəbhədəki vəziyyətdən asılı olacaq.
Bu barədə Kremlin köməkçisi Yuri Uşakov oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqlar noyabrın 4-dən sonra Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilə bilər. Lakin görüşün dəqiq tarixi hələ razılaşdırılmayıb, Rusiya nümayəndə heyətinin tərkibi də tam müəyyənləşməyib.
Uşakov Avropa ölkələrinin qarşıdakı görüşdə iştirakının nəzərdə tutulmadığını da bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə danışıqların noyabrın ortalarında keçirilməsini gözlədiyini açıqlayıb. Vaşinqton hələlik görüşün tarixini təsdiqləməyib.
Danışıqların əsas mövzuları arasında enerji və dəniz sahələrində mümkün atəşkəs, hərbi və mülki şəxslərin əsir mübadiləsi, həmçinin Rusiyanın apardığı ukraynalı uşaqların geri qaytarılması məsələlərinin yer alacağı gözlənilir.
Qeyd edək ki, Moskva Donbasın bir hissəsinin Ukrayna tərəfindən güzəştə gedilməsini tələb edir. Kiyev isə tam və qeyd-şərtsiz atəşkəs təklifini dəstəkləyir. Tərəflər arasında əsas fikir ayrılıqları danışıqların bərpası qarşısında ciddi maneə olaraq qalır.

Odlar.media

Etiketlər: