Mətn:
Odlar.media xəbər verir ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti “Ramştayn” formatlı iclası noyabrın 17-də Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək.
“European Pravda” NATO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşə Böyük Britaniya və Almaniya birgə sədrlik edəcək.
2022-ci ilin aprelində yaradılan “Ramştayn” formatı Ukraynaya hərbi yardımın əlaqələndirilməsini hədəfləyir və 50-dən çox ölkəni birləşdirir.
Sentyabrın 8-də keçirilən əvvəlki görüşdə Almaniya Ukraynaya PAC-2 raketləri verəcəyini açıqlayıb. Həmçinin Ukrayna şəhərlərini Rusiya raket və dron hücumlarından qorumaq məqsədilə “City Dome” layihəsinin başladığı bildirilib.
Odlar.media