XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 16:54:49 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ukraynada Rusiya ordusu sıralarında döyüşən 27 uqandalı ölüb və ya itkin düşüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukraynada Rusiya ordusu sıralarında döyüşmək üçün cəlb edilən 27 Uqanda vətəndaşı ölüb və ya itkin düşmüş hesab olunur.
“Reuters”in əldə etdiyi Uqandanın Moskvadakı səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanladığı məktubda 11 nəfərin ölümünün təsdiqləndiyi, daha 16 nəfərin isə cəsədinin tapılmadığı bildirilib.
Uqanda səfirliyi məlumatı Rusiya Xarici İşlər Nazirliyindən aldığı məktuba əsasən təqdim edib. Uqanda Xarici İşlər Nazirliyinin rəsmisi sənədin həqiqiliyini təsdiqləyib.
Son aylarda Afrikadan olan kişilərin Rusiyaya iş vədi ilə cəlb edildikdən sonra Ukraynada cəbhəyə göndərilməsi ilə bağlı məlumatlar artıb. Bu xəbərlər Keniya, Qana və Cənubi Afrika da daxil olmaqla bir sıra ölkələrdə narazılıq yaradıb.
Ukrayna ötən il Afrika qitəsinin 30-dan çox ölkəsindən 1 400-dən artıq şəxsin Rusiya qüvvələrinin tərkibində döyüşdüyünü, bəzilərinin isə aldadıcı üsullarla cəlb edildiyini bildirmişdi.
Rusiya rəsmiləri Afrika vətəndaşlarının Ukraynada döyüşmək üçün qanunsuz cəlb edildiyini təkzib ediblər.

Odlar.media

Etiketlər: