Mətn:
Odlar.media xəbər verir ki, Rusiyanın Poltava vilayətinin Kremençuk şəhərində yaşayış binasına dron hücumu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Ukrinform”un məlumatına görə, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Dyakivniç “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, hadisə yerində avtomobillər yanır, fövqəladə xidmətlər isə xilasetmə və digər zəruri tədbirləri həyata keçirir.
Qeyd edək ki, oktyabrın 21-də Kremençuka endirilən gecə zərbələri nəticəsində Milli Universitetin binası dağılıb, şəhərin Mədəniyyət Sarayına isə ziyan dəyib.
Odlar.media