XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 17:18:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Makron Fransada etirazlara münasibət bildirib: “Hər iki tərəf sakitliyə qayıtmalıdır”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron HugoDécrypte internet mediasına müsahibəsində lisey şagirdlərinin və “Sarı jiletlilər” hərəkatının etirazlarını şərh edib.

Makron tətil başa çatdıqdan sonra liseylərdə dərslərin bərpa olunmasının vacibliyini vurğulayıb. O, etirazlar zamanı ağır xəsarət alan gənclərlə həmrəy olduğunu bildirib və polis müdaxiləsi nəticəsində şagirdlərin xəsarət almasından təəssüfləndiyini deyib.

Prezident eyni zamanda etirazlar zamanı bəzi gənc polis əməkdaşlarının da yaralandığını xatırladaraq, hər iki tərəfi sakitliyə çağırıb.

Makron bildirib ki, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı hallarda araşdırmalar aparılır. O, etirazların şəhər mərkəzlərindən kənara yönəldilməsinin bir sıra şəhərlərdə vəziyyətin sabitləşməsinə kömək etdiyini qeyd edib.

Fransa lideri “Sarı jiletlilər”in aksiyaları zamanı sosial media platformalarında zorakılıq və talan çağırışları ilə bağlı məzmunun silinməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, hökumətlə platformalar arasında əməkdaşlıq nəticəsində yerli qurumların bildirdiyi məzmunların böyük hissəsi silinib.

Qeyd edək ki, Fransada tələbələr daha yaxşı təhsil şəraiti tələbi ilə bir aydan artıqdır etiraz aksiyaları keçirirlər. “Sarı jiletlilər” isə yaşayış xərclərinin artmasına etiraz olaraq oktyabrın 17-də və 24-də küçələrə çıxıblar.

Odlar.media

Etiketlər: