XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 20 Oktyabr 2026 ✦ 20:06:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Moskva prospektində hərəkət məhdudlaşdırılacaq – Sürücülərə XƏBƏRDARLIQ

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Bakının Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sentyabrın 4-də saat 20:00-dan etibarən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Bu müddət ərzində Dövlət Yol Polisi əməkdaşları tərəfindən ərazidə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tənzimləmə işləri aparılacaq.
DYP sürücüləri və digər hərəkət iştirakçılarını müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa, ərazidə müəyyən edilmiş yol hərəkəti qaydalarına riayət etməyə çağırıb.

Odlar.media

Etiketlər: