XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:03:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əhval dəyişiklikləri və əzələ ağrıları D vitamini çatışmazlığından xəbər verə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, diyetoloq Yuliya Savelyevanın sözlərinə görə, əhval-ruhiyyənin tez-tez dəyişməsi, əzələ ağrıları və yuxu problemləri orqanizmdə D vitamini çatışmazlığının əlamətləri ola bilər.
Mütəxəssis bildirib ki, az günəş işığı alanlar, hamilə və süd verən qadınlar, artıq çəkili insanlar, vegetarianlar və müəyyən öd problemləri olan şəxslər risk qrupuna daxildir.
D vitamini çatışmazlığının mümkün əlamətləri arasında iştahsızlıq, tez-tez soyuqdəymə, əzələ zəifliyi və qıcolmaları, yaddaşın zəifləməsi, yuxusuzluq, narahatlıq və əsəbilik də var.
Mütəxəssis D vitamini ehtiyatlarının artırılması üçün açıq havada vaxt keçirməyi, yağlı balıq, treska qaraciyəri, yumurta sarısı və süd məhsullarından istifadə etməyi tövsiyə edir.
Qeyd edək ki, bu əlamətlər başqa sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. D vitamini çatışmazlığını dəqiqləşdirmək üçün həkimə müraciət etmək və zərurət olduqda analiz vermək məsləhətdir.

Odlar.media

Etiketlər: