Mətn:
Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın 2024-cü ildə AQEM-ə sədrliyinə göstərilən yekdil dəstəyə görə təşkilatın bütün üzvlərinə minnətdarlığını bildirib.
Dövlət başçısı bu barədə Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Prezident vurğulayıb ki, Azərbaycan Avrasiya məkanında birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır.
İlham Əliyev qeyd edib ki, Azərbaycan regionda təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə töhfə verir və daxili işlərə qarışmamaq, ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan müstəqil xarici siyasət yürüdür.
Odlar.media