XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:02:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Paşinyan Azərbaycanla sülh sazişi üçün 2031-ci ili hədəf göstərib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalanmasına və ratifikasiya edilməsinə nail olmağa ümid edir.
“Sputnik Ermənistan”ın məlumatına görə, Paşinyan bu barədə hökumətin iclasında danışıb.
O bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistan hökuməti və şəxsən özü üçün ən vacib məsələlərdən biridir.
Baş nazir qarşısına konkret vaxt çərçivəsi qoyduğunu vurğulayaraq, 2031-ci ilə qədər bu məsələnin həllinə nail olmağı hədəflədiyini deyib. Paşinyan həmin məqsədə çatmağın mümkün olduğuna inandığını da qeyd edib.

Odlar.media

Etiketlər: