Mətn:
Odlar.media xəbər verir ki, Çin 2026-cı ilin ilk 9 ayında kommersiya və yük nəqliyyat vasitələri də daxil olmaqla 8,62 milyon avtomobil ixrac edib.
Ölkənin Baş Gömrük İdarəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,9% çoxdur. İxrac olunan avtomobillərin ümumi dəyəri isə 149,85 milyard dollara çataraq illik müqayisədə 54,3% artıb.
Qeyd edək ki, Çinin avtomobil ixracı 2024-cü ildə 22,8%, 2025-ci ildə isə 30% artıb.
Odlar.media