XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:16:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustinin hökumətdə kadr dəyişiklikləri ilə bağlı təkliflərini dəstəkləyib.
Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, yeni vəzifələrə bir sıra namizədlər irəli sürülüb.
Maliyyə nazirinin birinci müavini İrina Okladnikovanın baş nazirin müavini və hökumət aparatının rəhbəri, Primorski diyarının qubernatoru Oleq Kojemyakonun baş nazirin müavini, nəqliyyat naziri Andrey Nikitinin isə nəqliyyat sahəsinə nəzarət edən baş nazirin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.
Bundan başqa, maliyyə naziri Anton Siluanovun baş nazirin müavini – maliyyə naziri, Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun isə nəqliyyat naziri vəzifəsinə təyin edilməsi təklif olunub.
Namizədlər təsdiq üçün Rusiya Dövlət Dumasına təqdim ediləcək.

Odlar.media

Etiketlər: