XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:02:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

XİN: AQEM-in Bakı Zirvə Görüşü regional əməkdaşlıqda mühüm mərhələdir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında yayılan məlumatda bildirilib.
XİN zirvə görüşünün əsas nəticələrini açıqlayıb. Bunlara Bakı Bəyannaməsinin və əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanatın qəbul edilməsi, Laosun AQEM-ə tamhüquqlu üzv olması, Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması daxildir.
Həmçinin səfir Sultan Hacıyev 2026–2030-cu illər üçün AQEM-in Baş katibi təyin edilib. Kambocanın ratifikasiyası ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi prosesi də tamamlanıb.
Nazirlik qeyd edib ki, zirvə görüşü Asiyada çoxtərəfliliyə, qarşılıqlı əlaqələrə, sülhə və təhlükəsizliyə sadiqliyi bir daha təsdiqləyib.
Azərbaycan daha dinc və firavan Asiya naminə dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi AQEM-in gücləndirilməsinə sadiqdir.

Odlar.media

Etiketlər: