XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 20 Oktyabr 2026 ✦ 20:07:15 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Paşinyan Türkmənistan Prezidentini Ermənistana dəvət etdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla telefon danışığı aparıb.
Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, telefon söhbəti zamanı Ermənistan-Türkmənistan münasibətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Paşinyan Türkmənistan Prezidentini bu ilin oktyabrında Ermənistanda keçiriləcək Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində təşkil olunacaq Liderlər Zirvəsində iştirak etmək üçün ölkəsinə dəvət edib.
Sərdar Berdiməhəmmədov dəvəti qəbul edib.
Qeyd edək ki, Ermənistan COP17-yə 2026-cı ilin oktyabrında ev sahibliyi edəcək.

Odlar.media

Etiketlər: