Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycanın Xalq artisti Zaur Rzayev 74 yaşında vəfat edib.
Qeyd edək ki, sənətkar Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı.
1952-ci il yanvarın 28-də Kürdəmirdə anadan olan Zaur Rzayev Bakı Kitabxanaçılıq Texnikumunda, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblında solist və bədii rəhbər kimi fəaliyyət göstərib.
O, 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.
Odlar.media mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.