XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 30 Oktyabr 2026 ✦ 08:20:31 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Türkiyədə ağır qəza: İki nəfər həyatını itirdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyənin Çanaqqala şəhərində baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub.
Lapseki istiqamətindən Çanaqqalaya gedən, Efehan U.-nun idarə etdiyi 17 TC 009 dövlət nömrə nişanlı avtomobil Çanaqqala Sənaye Zonası yaxınlığındakı yolayrıcında idarəetmədən çıxaraq yolun ortasındakı işıqlandırma dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil parçalanıb.
Hadisə yerinə polis, jandarma, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəza nəticəsində sürücü Efehan U. və avtomobildə olan Efe S. həyatını itirib.
Mərhumların cəsədləri prokurorun müayinəsindən sonra Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanasının morquna aparılıb.

Odlar.media

Etiketlər: