Mətn:
Odlar.media xəbər verir ki, Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze “Lelo” partiyasını Aleko Elisaşvilinin əməllərinə haqq qazandırmağa çalışmaqda ittiham edib.
Qorduladzenin sözlərinə görə, partiya bu gün Elisaşvili ilə əlaqəsini inkar etsə də, onu 2024-cü ildə seçki siyahısına daxil edib. O, partiya nümayəndələrinin Elisaşviliyə qarşı cinayət təqibini siyasi təzyiq kimi təqdim etdiklərini bildirib.
Qorduladze həmçinin Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi üzrə öhdəliklərini pozduğu barədə iddiaları təkzib edib. O, Baş nazir İrakli Kobaxidzenin 2028-ci ilədək öhdəliklərin 90 faizindən çoxunun yerinə yetiriləcəyinə dair əvvəlki açıqlamasını xatırladıb.
Odlar.media