Mətn:
Odlar.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Bu mərhələdə Ağdam şəhərinə 70 ailə (238 nəfər), Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə (34 nəfər) köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərimizə rəhmət diləyiblər.
Köçürülən ailələr əvvəllər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.
Odlar.media