XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:23:21 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Göy üzünü unutduğumu xatırladım

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Bu gün ağaca söykənib Göy üzünə baxdım və ilk dəfə görmüş kimi heyrətləndim.

Bu gün göy üzünə baxdım.
Sonuncu dəfə
nə vaxt baxdığımı
unutduğumu xatırladım.

Yer üzüylə əlləşə-əlləşə
Göy üzünü
Nə vaxt unutmuşam?

Mənim bir göy üzüm var
elə mavi,
elə geniş…
Artıq
Sakit və rahatdır içim

Göy üzünü gördüm
Ağacı duydum
Bir quş uçurdu…
Demək,
hələ yaşamağa dəyər.

 

Müəllif: Günel Natiq

Mənbə: Odlar.media

Etiketlər: