🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:18   •   🌡️ Bakı

Türkiyə Latviyanın hava məkanını qoruyacaq – F-16-lar NATO missiyasına qoşuldu

Odlar.media xəbər verir ki, Türkiyəyə məxsus iki F-16 qırıcısı NATO-nun Baltikyanı ölkələrin hava məkanının qorunması missiyası çərçivəsində Latviyaya yerləşdirilib.
Türkiyə Hərbi Hava Qüvvələrinin iki F-16 təyyarəsi Latviyanın Lielvarde hərbi bazasına eniş edib.
Qeyd edək ki, Türkiyə qırıcıları bundan əvvəl Estoniyanın Amari aviabazasında yerləşdirilib və NATO-nun Baltikyanı regionun hava məkanının patrul xidmətində iştirak edib.
Təyyarələrin Latviyaya gəlişi ilə bağlı keçirilən mərasimdə Latviyanın müdafiə naziri Rayvis Melnis, Türkiyənin Latviyadakı səfiri Əhməd Cəmil Miroğlu və hərbçilər iştirak ediblər.
Türkiyə F-16-larının missiyaya cəlb olunması Ankaranın NATO-nun kollektiv təhlükəsizlik sistemində, xüsusilə Alyansın şimal-şərq cinahının müdafiəsində rolunu daha da gücləndirir.