🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 11:34   •   🌡️ Bakı

Sabunçunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq

Odlar.media xəbər verir ki, paytaxtın Sabunçu rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“Azəriqaz” İB-nin məlumatına görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən işlər yekunlaşanadək Sabunçu rayonunda qazın verilişi müvəqqəti dayandırılacaq.
Qaz təchizatında fasilə Şuşa şəhərciyi, sosial binalar, S.Xudiyev və Ş.Rustavelli küçələrini əhatə edəcək.
Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təchizatının bərpasınadək anlayış göstərmələri xahiş olunur.