Odlar.media xəbər verir ki, görkəmli bəstəkar, Xalq artisti, pedaqoq və professor Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun məzarı üzərinə gül dəstələri qoyulub, əklillər düzülüb.
Dəfndən əvvəl Təzə Pir məscidində Tofiq Bakıxanovla vida mərasimi keçirilib. Vida mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından da əklil qoyulub.
Qeyd edək ki, Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.
