Odlar.media “Rossiyskaya qazeta”nın yaydığı xəbərə istinadən bildirir ki,Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulmasını və ya təşkilatda müşahidəçi statusunda iştirakını təklif edib.
Tokayev bu təklifi Astanada keçirilən sammitdə səsləndirib. O bildirib ki, Rusiya əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxlayıb və ölkədə çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıb.
Qazaxıstan liderinin sözlərinə görə, Rusiyanın təşkilatla əməkdaşlığı həm türk dövlətləri, həm də Moskva üçün faydalı ola bilər. O, həmçinin Rusiyanın türk sivilizasiyasının tarixi irsinin araşdırılmasına yönəlmiş təşəbbüslərini vurğulayıb.
Hazırda Türk Dövlətləri Təşkilatının üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi statusuna malikdir.
Odlar.media