Mətn:
Odlar.media xəbər verir ki, İsrailin “ZIM” gəmiçilik şirkətinə məxsus yük gəmisi Hayfa limanından Rumıniyanın Konstansa limanına doğru hərəkət edərkən Qara dənizdə azı üç pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldıqdan sonra batıb.
“İsrael Hayom” qəzetinin məlumatına görə, hadisə Bolqarıstanın iqtisadi zonasına daxil olan ərazidə, Kaliakra burnundan 17 dəniz mili (təxminən 31,5 kilometr) məsafədə baş verib.
Məlumata əsasən, gəmidəki 421 konteynerin hamısı su altında qalıb. Yükün tərkibində litium-ion batareyalar, müxtəlif mayelər və turşuların olduğu bildirilir.
Hadisənin səbəbləri və gəmi heyətinin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Odlar.media