XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 30 Oktyabr 2026 ✦ 13:03:23 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Patrik Stüartın vəfatı sənət dünyasını kədərləndirib: məşhur aktyorlardan vida mesajları

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, 86 yaşında vəfat etdiyi bildirilən britaniyalı aktyor Ser Patrik Stüartın ölümü sənət dünyasında böyük kədərlə qarşılanıb. Onun həmkarları və dostları aktyorla bağlı xatirələrini bölüşərək başsağlığı mesajları yayıblar.
Aktyorun “İks-adamlar” filmindəki tərəf müqabili Ser İan Makkellen onu nəslinin ən hörmətli və sevilən aktyorlarından biri kimi xarakterizə edib. Makkellen bildirib ki, Stüart səmimiyyəti və dürüstlüyü ilə insanların etimadını və sevgisini qazanmışdı.
“Ulduz yolu” (Star Trek) serialında kapitan Ceyms T. Kirk obrazını canlandıran Uilyam Şatner isə Stüartın bütün işlərinə zəka, zəriflik və dərin insani keyfiyyətlər gətirdiyini vurğulayıb. Onun sözlərinə görə, kapitan Jan-Lük Pikar obrazı insanlığın ən yaxşı cəhətlərini təcəssüm etdirirdi.
“Ulduz yolu”nda Hikaru Sulu rolunu oynayan Corc Takei də aktyorun gələcək nəsillərə ilham verdiyini və bəşəriyyət üçün daha parlaq gələcəyə inam aşıladığını bildirib.
Patrik Stüart 1987–1994-cü illərdə “Ulduz yolu” serialının 170-dən çox bölümündə kapitan Pikar obrazını canlandırıb, həmçinin bu obrazla dörd bədii filmdə çəkilib. O, 2020-ci ildə “Star Trek: Picard” serialında da roluna qayıdıb.

Odlar.media

Etiketlər: