XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 30 Oktyabr 2026 ✦ 12:05:37 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İsrailin Qəzzaya hücumlarında 5 fələstinli ölüb, 18 nəfər yaralanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərinə pilotsuz uçuş aparatları ilə (PUA) hücumları nəticəsində azı 5 fələstinli həlak olub, 18 nəfər yaralanıb.
Rəfahda, Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsindən Qəzzaya daxil olan yük maşınlarının əməliyyatlarının aparıldığı əraziyə endirilən zərbə nəticəsində 4 nəfər ölüb, 5-i ağır olmaqla 15 nəfər yaralanıb. Ölən və yaralananlar arasında bəzi hökumət rəsmilərinin də olduğu bildirilir.
Xan Yunisdə yaşayış evinə edilən PUA hücumu nəticəsində isə Məhəmməd Əlyan əl-Buyuk həyatını itirib, daha 3 nəfər yaralanıb.

Odlar.media

Etiketlər: