Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycanda Mərkəzi Bankın nəzarətinin ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil edilməsi nəzərdə tutulur.
Bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Layihə çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq tövsiyələr əsasında hazırlanıb.
Dəyişikliklərə əsasən, banklar, sığorta və təkrarsığorta şirkətləri, investisiya şirkətləri, investisiya fondları və onların idarəçilərini əhatə edən maliyyə qruplarına konsolidasiya edilmiş nəzarət həyata keçiriləcək.
Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Odlar.media