XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 30 Oktyabr 2026 ✦ 11:27:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Obama Trampı sərt tənqid etdi: “Artıq bəsdir!”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın siyasətini sərt tənqid edib. Demokratların Konqresə namizədlərinə dəstək məqsədilə kampaniyada iştirak edən Obama iqtisadiyyat və xarici siyasətlə bağlı Trampın qərarlarını hədəfə alıb.
Obama Ağ Evin Rusiya ilə münasibətlərini də tənqid edərək Trampın Rusiya Prezidenti Vladimir Putinin qarşısında geri çəkildiyini iddia edib. O, ABŞ-ın Kanada kimi mühüm müttəfiqlərindən uzaqlaşdığını və Ukraynanı dəstəksiz qoyduğunu bildirib.
Keçmiş prezident Trampın gömrük tarifləri siyasətinin qiymətlərin artmasına təsir etdiyini də vurğulayıb. O, seçiciləri narazılıqlarını seçkilərdə səsləri ilə ifadə etməyə çağırıb.
Donald Tramp isə Obamanın dəstəklədiyi namizədlərin əvvəlki seçkilərdə məğlubiyyətini xatırladaraq tənqidlərə cavab verib.

Odlar.media

Etiketlər: