Mətn:
Odlar.media xəbər verir ki, Hörmüz boğazında, Oman sahilləri yaxınlığında hərəkət edən gəmidə yanğın baş verib.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə Omanının Xasab şəhərindən 25 dəniz mili şimal-şərqdə qeydə alınıb. Yanğının səbəbi hələlik məlum deyil.
Gəmi heyətinin vəziyyəti, dəymiş ziyanın miqyası və mümkün ekoloji təsirlər barədə məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır. Bölgədəki gəmilərə ehtiyatlı hərəkət etmək və şübhəli halları UKMTO-ya bildirmək tövsiyə olunub.
Gəminin adı və hansı ölkənin bayrağı altında üzdüyü açıqlanmayıb.
Odlar.media