Odlar.media xəbər verir ki, “Ulduz yolu” (Star Trek) və “İks-adamlar” (X-Men) filmlərindəki rolları ilə tanınan britaniyalı aktyor Patrik Stüartın 86 yaşında vəfat etdiyi bildirilir.
Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, aktyor oktyabrın 29-da Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun vəfatı barədə məlumat sosial media hesabında paylaşılıb.
Təxminən 60 illik karyerası ərzində Stüart teatr, televiziya və kino sahəsində bir sıra yaddaqalan obrazlar yaradıb. O, “Star Trek” ekran əsərində kapitan Jan-Lük Pikarı, “X-Men” film seriyasında isə professor Çarlz Ksavyeri canlandırıb.
Aktyor karyerası ərzində bir sıra mükafatlara layiq görülüb, Hollivud Şöhrət Xiyabanında ulduz qazanıb və Böyük Britaniya kraliçası II Elizabet tərəfindən cəngavər tituluna layiq görülüb.
Odlar.media