Mətn:
Odlar.media xəbər verir ki, Milli Məclis küləkli hava şəraitində çalışan işçilərin əmək şəraitinin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Dəyişikliyə əsasən, açıq ərazilərdə və müvafiq qurğularda işləyənlərə müəyyən edilmiş qaydada fasilələr veriləcək, zərurət yarandıqda isə iş tam dayandırılacaq.
Yeni qaydalara görə, küləyin gücü 6–8 bal olduqda quruda istismar edilən kranlarla işlərə yalnız texniki pasportda nəzərdə tutulan xüsusi hallarda icazə veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda isə bu kranlarla bütün işlər dayandırılacaq.
Qanun layihəsi parlamentdə səsverməyə çıxarılaraq təsdiqlənib.
Odlar.media