XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 30 Oktyabr 2026 ✦ 11:49:06 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Aİ Avropa İttifaqına üzv olmayan Kanada ilə xüsusi əməkdaşlıq modeli hazırlayır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Avropa İttifaqı (Aİ) Kanada ilə mövcud tərəfdaşlıqdan daha geniş və dərin əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır. Təşəbbüsün digər etibarlı tərəfdaşların da qoşulmasına açıq olacağı bildirilib.
Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Monrealda keçiriləcək Aİ-Kanada sammiti öncəsi bu barədə açıqlama veriblər.
Koştanın sözlərinə görə, tərəflər ticarət, təhlükəsizlik, müdafiə, iqlim və texnologiya sahələri ilə yanaşı, ortaq tarix və demokratik dəyərlər əsasında münasibətləri inkişaf etdirmək niyyətindədirlər. O, Kanada ilə əməkdaşlığın Aİ-yə tam üzvlükdən kənar, lakin mümkün qədər yaxın və xüsusi formatda qurulmasının nəzərdə tutulduğunu bildirib.
Aİ rəsmiləri yeni təşəbbüsün “Gələcək üçün ittifaq” adlandırılacağını, kritik xammal, müdafiə, təhlükəsizlik və dayanıqlı təchizat zəncirləri sahələrində əməkdaşlığın gücləndiriləcəyini vurğulayıblar.
Rəqəmsal ticarət sazişi də gündəmdədir
Antonio Koşta bildirib ki, 2025-ci ildə Aİ ilə Kanada arasında mal və xidmət ticarətinin həcmi 130 milyard avronu ötüb. Onun sözlərinə görə, tərəflər mövcud iqtisadi əlaqələri daha da genişləndirmək istəyirlər.
Koşta sammit çərçivəsində Aİ ilə Kanada arasında mövcud hərtərəfli iqtisadi və ticarət sazişini (CETA) tamamlayacaq rəqəmsal ticarət sazişinin elan ediləcəyini də bildirib.
Ursula fon der Lyayen isə yeni əməkdaşlıq modelinin yalnız Kanada ilə məhdudlaşmayacağını, oxşar dəyərləri bölüşən digər etibarlı tərəfdaşların da təşəbbüsə qoşula biləcəyini qeyd edib.

Odlar.media

Etiketlər: