XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 30 Oktyabr 2026 ✦ 13:11:37 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ-da Demokratlar Partiyasında solçu qanadın təsiri artır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ-da Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində Demokratlar Partiyası daxilində ideoloji fikir ayrılıqları diqqət çəkir. Partiyanın bir qismi daha radikal sosial siyasət tələb etdiyi halda, digər qismi ənənəvi siyasi xəttin tərəfdarı olaraq qalır.

24 yaşlı kino tələbəsi Ceyms Stivens özünü demokratik sosialist adlandırır. O, Demokratlar Partiyasının Respublikaçıların siyasətinə həddindən artıq güzəştə getdiyini düşünür və pulsuz dövlət səhiyyəsi, korporativ pulların siyasətdən uzaqlaşdırılması kimi təşəbbüsləri dəstəkləyir. Stivens ötən il Nyu-Yorkda Zöhran Mamdaninin mer seçkisi kampaniyasına da qatılıb.

Onun anası Tamara isə uzun illərdir Demokratlar Partiyasını dəstəkləyir. Reproduktiv hüquqların müdafiəsi, seçki kampaniyalarında iştirak və yerli namizədlərə maliyyə dəstəyi onun siyasi fəaliyyətinin əsas istiqamətlərindəndir. Bununla belə, ana və oğul partiyanın gələcək siyasi xətti ilə bağlı fərqli mövqelərə malikdirlər.

ABŞ-da gələn həftə keçiriləcək aralıq seçkilərdə Demokratların Nümayəndələr Palatasında üstünlük qazanmaq şansının yüksək olduğu, hətta Senatda da uğur əldə edə biləcəyi bildirilir.

Prezident Donald Trampın reytinqinin aşağı düşməsi, İran müharibəsinin davam etməsi və yanacağın bahalaşması seçicilərin narazılığını artıran əsas amillər kimi göstərilir. ABŞ-da aralıq seçkilər ənənəvi olaraq fəaliyyətdə olan prezidentin siyasətinə münasibətin göstəricisi sayılır. Son 20 aralıq seçkinin 18-də hakim partiya Nümayəndələr Palatasında mandat itirib.

Odlar.media

Etiketlər: