Mətn:
Odlar.media xəbər verir ki, şənbə günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.
Paytaxtda havanın temperaturu gecə 11-14°, gündüz 17-20° isti olacaq. Axşam cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək.
Bölgələrdə hava əsasən yağmursuz keçsə də, bəzi yerlərdə yağış, şimşək və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə duman olacağı ehtimalı var.
Rayonlarda temperatur gecə 10-14°, gündüz 17-21° isti, dağlıq ərazilərdə isə gecə 3-8°, gündüz 12-17° isti təşkil edəcək.
Odlar.media