Odlar.media xəbər verir ki, Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Yana Lantratovanın sözlərinə görə, Xerson vilayətinin Oleşki şəhərini tərk etmək istəyən sakinlər avtobuslara minirlər.
Lantratova bildirib ki, humanitar missiya oktyabrın 30-da səhər saatlarında başlayıb və o, artıq şəhərdədir. Onun sözlərinə görə, Rusiya və Ukraynaya getmək istəyən sakinlərin hər birinə müvafiq imkan yaradılacaq.
Rusiya tərəfinin məlumatına görə, humanitar əməliyyat zamanı atəşkəs qüvvədədir və indiyədək insident qeydə alınmayıb.
Dnepr çayının sol sahilində yerləşən Oleşkidə humanitar vəziyyətin gərgin olduğu bildirilir. Missiyanın davam etməsi üçün ərazi ətrafında atəşkəsin noyabrın 1-i saat 22:59-dək qüvvədə qalacağı qeyd olunur.
Mənbə: RİA Novosti
Odlar.media