XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 13 Noyabr 2026 ✦ 21:56:53 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ B-21 bombardmançısının silah sistemlərini sınaqdan keçirir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ perspektivli B-21 “Raider” strateji bombardmançısının silah sistemlərinin sınaqlarına başlayıb.
Bu barədə təyyarənin istehsalçısı “Northrop Grumman” korporasiyası məlumat yayıb.
Şirkətin açıqlamasına görə, B-21 uçuş sınaqları zamanı silahlardan istifadə imkanlarını nümayiş etdirib.
İlk bombardmançıların 2027-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. Təyyarələrin ilkin olaraq Cənubi Dakota ştatındakı Ellsvort aviabazasında yerləşdirilməsi nəzərdə tutulur.
B-21 radarlarda görünmə səviyyəsini azaltmaq texnologiyaları ilə təchiz edilib və müasir hava hücumundan müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub. Təyyarə həmçinin qabaqcıl rabitə və rəqəmsal idarəetmə sistemlərinə malikdir.

Odlar.media

Etiketlər: