Mətn:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşüb.
Odlar.media xəbər verir ki, görüşdə Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri müzakirə olunub.
Söhbət zamanı Azərbaycanın Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb, TAP layihəsinin əhəmiyyətinə toxunulub.
Həmçinin Azərbaycanın Avropaya, xüsusilə qaz ixracını artırmaq üçün əlavə imkanlarının olduğu bildirilib. Bu istiqamətdə Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi qeyd edilib.
Odlar.media