Mətn:
Odlar.media xəbər verir ki, ABŞ-da keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə əsasən, demokratlar Nümayəndələr Palatasında və Senatda üstünlük əldə ediblər.
435 yerlik Nümayəndələr Palatasında demokratlar 240, respublikaçılar isə 147 mandat qazanıblar. Digər ştatlarda səslərin hesablanması davam edir.
100 yerlik Senatda isə demokratlar 54, respublikaçılar 44 yer əldə ediblər. İki ştatda səslərin sayılması hələ başa çatmayıb.
Qubernator seçkilərində də demokratlar öndədir. İndiyədək 28 ştatda demokratların, 20 ştatda isə respublikaçıların namizədləri qalib gəlib.
Odlar.media