Odlar.media xəbər verir ki, bəzi insanlarda çay içdikdən sonra qarın ağrısı, baş ağrısı, həzm pozğunluğu və ürəkdöyünmənin sürətlənməsi kimi hallar müşahidə oluna bilər.
Rusiyalı tibb elmləri namizədi İrina Berejnayanın sözlərinə görə, bu hallar bəzi insanların çayın tərkibindəki kofeinə qarşı həssaslığı ilə əlaqədardır.
Həkim bildirib ki, kofeinə həssas şəxslərdə çay qan təzyiqinin yüksəlməsinə və taxikardiyaya səbəb ola bilər. Xüsusilə günün ikinci yarısında və axşam saatlarında çay içmək yuxu pozğunluğu yarada bilər.
Berejnaya yeməkdən dərhal sonra çay içməyi də məsləhət görmür. Onun sözlərinə görə, çayın tərkibindəki tanninlər dəmir kimi bəzi qida maddələrinin mənimsənilməsini azalda bilər.
Həkim çayı yeməklər arasında içməyi və həddindən artıq tünd dəmləməməyi tövsiyə edib.
Odlar.media