Mətn:
Odlar.media xəbər verir ki, ABŞ Prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yeni danışıqların qrafikinin və prosesin digər təfərrüatlarının yaxın vaxtlarda açıqlanacağını bildirib.
Kuşner bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Yaxın vaxtlarda danışıqların istiqamətlərini, qrafikini və əlavə təfərrüatları açıqlamağı planlaşdırırıq”, – deyə o qeyd edib.
Odlar.media