Mətn:
Odlar.media xəbər verir ki, Qazaxıstan alimlərinin hazırladığı ilk xərçəng əleyhinə preparatın 2027-ci ilin ortalarında ölkə bazarına çıxarılması planlaşdırılır.
Bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek məlumat verib.
Nazirin sözlərinə görə, preparatın hazırlanmasında gecikmə klinik sınaqlara qoyulan ciddi tələblərlə əlaqədardır. Sınaqların birinci mərhələsi uğurla başa çatıb, hazırda ikinci mərhələyə başlanılır.
Nurbek bildirib ki, preparatın hazırlanmasının 2027-ci ilin ortalarınadək tamamlanması və mərhələli şəkildə bazara çıxarılması nəzərdə tutulur.
Odlar.media