XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sabahın hava proqnozu: Bakıda 28, rayonlarda 29 dərəcəyədək isti olacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20°, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm-ə enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 15-19°, gündüz 24-29° isti, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 18-23° isti olacaq.

Odlar.media

Etiketlər: